İngiltərə çempionatı: "Arsenal" son 5 ildə ilk dəfə "Çelsi"ni məğlub edib - VİDEO

İngiltərə çempionatı: "Arsenal" son 5 ildə ilk dəfə "Çelsi"ni məğlub edib - VİDEO "Topçular" sonuncu dəfə "Çelsi"ni 2011-ci ildə məğlub ediblər
Futbol
24 Sentyabr , 2016 23:24
İngiltərə çempionatı: Arsenal son 5 ildə ilk dəfə Çelsini məğlub edib - VİDEO

Bakı. 24 sentyabr. REPORT.AZ/ "Arsenal" futbol klubu İngiltərə çempionatının 6-cı turu çərçivəsində "Çelsi" üzərində 3:0-lıq böyükhesablı qələbə qazanıb.

"Report" xəbər verir ki, oyunda Aleksis Sançes (11-ci dəqiqə), Teo Uolkott (14) və Məsut Özil (40) fərqlənib.

"Arsenal" sonuncu dəfə "Çelsi"ni İngiltərə çempionatında 2011-ci ilin oktyabrında məğlub edib.

İngiltərə Premyer-Liqasında qeydə alınan digər nəticələr:

"Mançester Yunayted" – "Lester Siti" - 4–1

"AFC Bornmut" - "Everton" - 1-0

"Liverpul" – "Hall Siti" - 5-1

"Middlsbrou" – "Tottenhem Hotspur" - 1-2

"Stok Siti" - "Vest Bromviç" - 1–1

"Sanderlend" - "Kristal Pelas" - 2-3

"Svansi Siti" – "Mançester Siti" - 1-3

"Arsenal" – "Çelsi" - 3-0

Son xəbərlər

Orphus sistemi