​İlkin Qırtımov "İnter"lə müqavilə bağlamasının səbəbini açıqlayıb

​İlkin Qırtımov "İnter"lə müqavilə bağlamasının səbəbini açıqlayıb "Bu seçimim maddi amillərlə bağlı olmayıb"
Futbol
7 İyul , 2015 15:37
​İlkin Qırtımov İnterlə müqavilə bağlamasının səbəbini açıqlayıb

Bakı. 7 iyul. REPORT.AZ/ "Mənimlə "Zirə" və "İnter" maraqlanırdı. Bəzi məsələlər oldu ki, ondan dolayı "İnter"i seçdim". Bunu "Report"a açıqlamasında Bakının "İnter" klubunun yeni transferi İlkin Qırtımov deyib.

Yeni komandası ilə bağlı fikirlərini bildirən 25 yaşlı müdafiəçi "İnter"i seçməsində maddi amillərin rol oynamadığını söyləyib: "Artıq danışıqlar öz həllini tapıb və bu gün "İnter"lə 6 aylıq müqavilə imzalayacağam. Müqavilə müddəti bitdikdən sonra gələcək karyeramla bağlı qərar verəcəyəm".

Qeyd edək ki, İlkin Qırtımov "İnter"ə keçənədək Zaqatala "Simurq"unda çıxış edib. 

Son xəbərlər

Orphus sistemi