Yuxarı

İlkay Gündoğan: ""Qəbələ"dən belə başlanğıc gözləmirdik"

Bu bizim üçün bir az gözlənilməz oldu

Bakı. 23 oktyabr. REPORT.AZ/ "Məqsədimiz burada 3 xal qazanmaq idi ki, bunu da bacardıq. Bu səbəbdən çox şadıq. Matçda ilk 15-20 dəqiqə çətin oldu. "Qarabağ" da, "Qəbələ" də bizə qol vura bilsələr də, qələbə qazana bilmədilər. Qarşıda hələ 3 oyunumuz var. Bu səbəbdən çox xoşbəxtik".

"Report" xəbər verir ki, bunu Bakıda "Qəbələ" ilə oyundan (1:3) sonra "Borussiya" (Dortmund) klubunun türk əsilli futbolçusu İlkay Gündoğan bildirib.

" "Qəbələ"dən belə başlanğıc gözləmirdik. Onların bizə qarşı müdafiədə oynayacağını zənn etmişdik. Bu bizim üçün bir az gözlənilməz oldu. Amma bizim də müdafiədə yaxşı oynadığımızı düşünürəm. Və 3 xalın bizim haqqımız olduğunu hesab edirəm", - deyə türk futbolçu qeyd edib.

O, qrup ikinciliyi ilə bağlı digər üç klubdan hansının daha şanslı olduğu ilə bağlı suala belə cavab verib:

"Açıq yarış olacağını düşünürəm. Keyfiyyətli komandalardır. Bizim hədəfimiz qrupu lider olaraq başa vurmaqdır. İkinci yeri kimin tutacağını bilmirəm. Amma qrup hələ açıqdı, hələ biz də növbəti mərhələyə vəsiqəni təmin etməmişik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi