İbrahimoviç üç oyunluq diskvalifikasiya olunub

İbrahimoviç üç oyunluq diskvalifikasiya olunub O, həmçinin belə hallar üçün nəzərdə tutulan standart cəriməni ödəyəcək
Futbol
8 Mart , 2017 00:48
İbrahimoviç üç oyunluq diskvalifikasiya olunub

Bakı. 8 mart. REPORT.AZ/ "Mançester Yunayted" klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç İngiltərə Futbol Assosiasiyasının qərarı ilə üç oyunluq diskvalifikasiya olunub.

"Report" xəbər verir ki, o, həmçinin belə hallar üçün nəzərdə tutulan standart cəriməni ödəməli olacaq.

Forvard "Bornmut"la 1:1 hesabı ilə başa çatan oyundakı epizoda görə cəzalandırılıb. Müdafiəçi Minqz İbrahimoviçin başına toxunub, cavab olaraq isə üzündən dirsək zərbəsi alıb.

İbrahimoviç "Çelsi" ilə Kubok oyununu, həmçinin "Sauthempton" və "Midlsbro" ilə çempionat qarşılaşmalarını buraxacaq.

Son xəbərlər

Orphus sistemi