Yuxarı
    Bağlamaq

    "Höteburq"un baş məşqçisi: "Qarabağ" oyunun favoritidir"

    Müdafiə olunmaqla yanaşı qol vurmağa da çalışacağıq

    Bakı. 24 avqust. REPORT.AZ/ "Bakıda olduğum üçün şadam. Səbirsizliklə sabahı gözləyirik".

    "Report"un məlumatına görə, bunu İsveçin "Höteburq" klubunun baş məşqçisi Yorgen Lennartson deyib.

    İsveçli mütəxəssis Avropa Liqasının "play-off" mərhələsi çərçivəsində "Qarabağ"la keçiriləcək cavab görüşü öncəsi təşkil olunan mətbuat konfransında bunları bildirib:

    "Düşünürəm ki, "Qarabağ" favoritdir. Yaxşı futbolçuları var. Ancaq bizim də şansımız var. Müdafiə olunmaqla yanaşı qol vurmağa da çalışacağıq. Bu, "Qarabağ"ın açılmasına səbəb olacaq və üstünlük qazanacağıq. Minimal hesablı qələbə 0:0-dan daha yaxşıdır. İlk oyunda önəmli iş gördük və qapımızı toxunulmaz saxladıq. Biz bir qol vursaq, "Qarabağ" mərhələ adlamaq üçün 3 top vurmalıdır. Penalti seriyaları haqda danışmışıq, amma xüsusi hazırlığımız olmayıb. Pozitiv olmaq işimizin bir hissəsidir. Mən futbolçularıma enerji verməliyəm. Taktikalara qaldıqda, bunlar hər komandaya görə dəyişir. "Qarabağ" Çempionlar Liqasında oynamalı idi. Komanda "Viktoriya" ilə oyunda çox şansları qaçırdı. Başa düşürəm ki, onlarda ab-hava da fərqlidir".

    51 yaşlı baş məşqçi oyunun keçiriləcəyi stadion haqda da danışıb:

    "Stadion dolu olsa yaxşıdır. Belə olan halda daha yaxşı futbol oynamaq olar. Ot örtüyünün vəziyyəti o qədər də yaxşı deyil, amma hər iki komanda eyni şərtlər altında mübarizə aparacaq. Bizim üstünlüyümüz evdə qələbə qazanmağımızdadır. İsveçli Zlatan İbrahimoviç bu gün üçün bir nömrədir. Bizim şəhərdə "Höteburq", İsveçdə isə Zlatan daha çox tanınır".

    Qeyd edək ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın start fiti saat 20:30-da səslənəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi