Yuxarı
    Bağlamaq

    Hollandiyalı futbolçu "Qəbələ"ni tərk etməsinin səbəblərini açıqlayıb

    Sadəcə olaraq, evə qayıtmaq istəyirdim

    Bakı. 5 yanvar. REPORT.AZ/ “Ötən yay Almaniyada keçirdiyim 3 ildən sonra Azərbaycana, “Qəbələ” klubunda oynamağa getdim. Maliyyə baxımından sərfəli olan 3 illik müqavilə bağladım. Lakin ora elə də xoşuma gəlmədi”.

    “Report” xəbər verir ki, bunu “Qəbələ”nin futbolçusu Deyv Bultuis qış fasiləsində Azərbaycan təmsilçisi ilə yollarını ayırmasına münasibət bildirərkən lc.nl saytına deyib.

    28 yaşlı hollandiyalı sol cinah müdafiəçisi vətənində “Herenven”lə razılığa gəldiyi üçün sevindiyini ifadə edib. O bildirib ki, ailə vəziyyətinə görə evinə qayıtmaq istəyib: “Mənim 14 aylıq uşağım var. Ancaq son 6 ayda onu 3-4 dəfə görmüşəm. Bu, həddindən artıq azdır. Sadəcə olaraq, evə qayıtmaq istəyirdim. "Qəbələ" istədiyim kimi çıxış edə bilmədi. "Herenven"lə danışığımız isə yaxşı keçdi və müsbət yekunlaşdığı üçün sevinirəm. Son 6 ayda çox az matçda iştirak etmişəm. Lakin iki həftə məşq etdikdən sonra formamı bərpa edəcəyəm”.

    Qeyd edək ki, bu gün 2,5 illik müqaviləyə qol çəkəcək Deyv Bultuis yanvarın 6-da hazırda İspaniyada təlim-məşq toplanışında olan “Herenven”nin düşərgəsinə yollanacaq. O, "Qəbələ" ilə 2017-ci ilin yayında 3 illik müqavilə bağlasa da, cari mövsümün ilk yarısında cəmi 4 oyuna çıxıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi