Hollandiya çempionatının oyununda azarkeşlər, futbolçular və mühafizəçilər arasında dava düşüb

Hollandiya çempionatının oyununda azarkeşlər, futbolçular və mühafizəçilər arasında dava düşüb Asayişi pozanlar dərhal saxlanılıb
Futbol
5 Mart , 2018 09:40
Hollandiya çempionatının oyununda azarkeşlər, futbolçular və mühafizəçilər arasında dava düşüb

Bakı. 5 mart. REPORT.AZ/ Hollandiya çempionatının I Divizionunda "Qou Ehed İqls" və "De Qrafshap" komandaları arasında keçirilmiş XXVII tur matçında qalmaqal baş verib.

"Report"un məlumatına görə, oyundan sonra meydana girən yerli fanatlar oyunçular və təhlükəsizlik xidməti əməkdaşları ilə dalaşıblar. Onlar "İqls"in çıxışından narazı olduqlarını futbolçuların diqqətinə şəxsən çatdırmağa çalışıblar. Asayişi pozanlar dərhal saxlanılıblar.

Qeyd edək ki, oyun "De Qrafshap"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda "Qou Ehed İqls" turnir cədvəlində 17-ci, "De Qrafshap" isə 6-cı pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi