Yuxarı

AÇ-2020-nin seçmə mərhələsində Hollandiya Almaniya ilə qarşılaşacaq

​Hollandiya AVRO-2020-nin seçmə mərhələsində Almaniya ilə qarşılaşacaq

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatında seçmə mərhələnin II turuna start veriləcək.

"Report"un məlumatına görə, turun ilk oyun günündə 4 qrupda 10 qarşılaşma keçiriləcək.

"E" qrupunda Macarıstan Xorvatiyanı, Uels Slovakiyanı qəbul edəcəyi halda, Azərbaycan millisi rəsmi matça çıxmayacaq. İlk turda Slovakiya Macarıstanı 2:0, Xorvatiya isə Azərbaycanı 2:1 hesabı ilə yenib.

Günün mərkəzi oyunu "C" qrupunda Hollandiya və Almaniya yığmaları arasında olacaq. İlk turda "narıncılar" Belarusu darmadağın edib, Bundestim isə rəqibsiz qalıb. Qrupun digər matçında Şimali İrlandiya Belarusu sınağa çəkəcək.

"G" qrupunda İsrail Avstriyanı, Sloveniya Makedoniyanı, Polşa Latviyanı qəbul edəcək. Polşadakı qarşılaşmanı Əliyar Ağayevin rəhbərliyi altında azərbaycanlı hakimlər briqadası idarə edəcək.

"İ" qrupunda isə Qazaxıstan - Rusiya, San-Marino - Şotlandiya, Kipr - Belçika qarşılaşmaları oynanılacaq.

AVRO-2020, seçmə mərhələ, II tur (24 mart)

"C" Qrupu

23:45. Şimali İrlandiya - Belarus

23:45. Hollandiya - Almaniya

Xal durumu: Hollandiya - 3, Şimali İrlandiya - 3, Almaniya - 0, Estoniya - 0, Belarus - 0.

"E" Qrupu

18:00. Uels - Slovakiya

21:00. Macarıstan - Xorvatiya

Xal durumu: Slovakiya - 3, Xorvatiya - 3, Uels - 0, Azərbaycan - 0, Macarıstan - 0.

"G" Qrupu

21:00. İsrail - Avstriya

23:45. Sloveniya - Makedoniya

23:45. Polşa - Latviya

Xal durumu: Makedoniya - 3, Polşa - 3, Sloveniya - 1, İsrail - 1, Avstriya - 0, Latviya - 0.

"İ" Qrupu

18:00. Qazaxıstan - Rusiya

21:00. San-Marino - Şotlandiya

23:45. Kipr - Belçika

Xal durumu: Kipr - 3, Qazaxıstan - 3, Belçika - 3, Rusiya - 0, Şotlandiya - 0, San Marino - 0.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi