Həbib Nurməhəmmədov azərbaycanlı futbolçuya müraciət edib

Həbib Nurməhəmmədov azərbaycanlı futbolçuya müraciət edib Bakı. 11 yanvar. REPORT.AZ/ Yüngül çəkidə Mütləq Döyüş Çempionu (UFC) Həbib Nurməhəmmədov Rusiyanın Spartak klubunda çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyevə müraciət edib.
Futbol
11 Yanvar , 2019 17:49
Həbib Nurməhəmmədov azərbaycanlı futbolçuya müraciət edib

Bakı. 11 yanvar. REPORT.AZ/ Yüngül çəkidə Mütləq Döyüş Çempionu (UFC) Həbib Nurməhəmmədov Rusiyanın "Spartak" klubunda çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyevə müraciət edib.

"Report" xəbər verir ki, 31 yaşlı döyüşçü şəxsi "Instagram" hesabından 23 yaşlı yarımmüdafiəçinin ona bənzədilməsinə münasibət bildirib.

H.Nurməhhəmədov sosial şəbəkədə "Ayaz, bax, məni pis vəziyyətdə qoyma. Sənə Həbib deyirlər. Ona görə də insanların üzərinə dəmir hasardan və stadiondan tullanma" fikirlərini səsləndirib.

Qeyd edək ki, "Spartak" klubunun azarkeşləri Ayaz Quliyevi komandanın Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışdakı məşqində "Həbib, buraya gəl" deyə səsləyiblər. Moskva təmsilçisi istedadlı oyunçu ilə uzunmüddətli müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi