İslandiya millisinin qapıçısı "Qarabağ"dan ayrılmaq istəyir

İslandiya millisinin qapıçısı "Qarabağ"dan ayrılmaq istəyir Bakı. 4 yanvar. REPORT.AZ/ “Qarabağ”da hər şey müəyyən səbəblərdən ümid etdiyim kimi olmadı”.
Futbol
4 Yanvar , 2019 10:02
İslandiya millisinin qapıçısı Qarabağdan ayrılmaq istəyir
Report/Firi Salim

Bakı. 4 yanvar. REPORT.AZ/ “Qarabağ”da hər şey müəyyən səbəblərdən ümid etdiyim kimi olmadı”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Hannes Halldorsson “Fotbolti” nəşrinə mövsümün ilk yarısını dəyərləndirərkən deyib.

İslandiya millisinin heyətində 2018-ci il dünya çempionatında iştirak edəndən sonra Danimarkanın “Randers” klubundan Ağdam təmsilçisinə keçən 34 yaşlı qapıçı zədəsinin ona problem yaratdığını söyləyib: “Orada çox şey oldu, gözəl anlar da yaşadım. Bəhanə gətirmək istəmirəm, getdiyim ilk ayda zədələndim. Müqavilə bağlayan zaman baş məşqçi mənə dedi ki, onun iki qapıçısı olacaq. Lakin mən zədələndiyimdən, komandaya daha bir qapıçı - Vaqner da Silvanın transfer edildi. Biz 3 qapıçıyıq və bu, həqiqətən də lüzumsuzdur. Kimin oynayacağı öncədən bilinmir. Əsas heyətdə meydana çıxmaq tam təsadüfi baş verir. Kim meydana az çıxırsa, bunun səbəbi olur". 

Bakıda "Sportinq"lə 1:6 hesabı ilə uduzduqları Avropa Liqasının V tur matçında zəif oynadığını etiraf edən Halldorsson həmin görüşdən sonra bir daha meydana çıxmadığını diqqətə çatdırıb. Bununla yanaşı, o, mövsümə daha enerjili başladığını və bir neçə oyunda start heyətdə yer aldığını vurğulayıb. 

Təcrübəli qolkiper sonda gələcək karyerası barədə götür-qoy etdiyini açıqlayıb: “İndi yol ayrıcındayam. Vəziyyətə baxıram və gələcəyimi düşünürəm”.

Qeyd edək ki, Halldorsson ötən ilin iyulunda “Qarabağ”la iki illik müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi