​Hafiz Məmmədov "Lans"ın səhmlərinin böyük hissəsindən imtina edib

​Hafiz Məmmədov "Lans"ın səhmlərinin böyük hissəsindən imtina edib O, klubun səhmdarı kimi qalmağa razılıq verib
Futbol
1 Aprel , 2016 10:21
​Hafiz Məmmədov Lansın səhmlərinin böyük hissəsindən imtina edib

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycanlı iş adamı Hafiz Məmmədov Fransanın "Lans" futbol klubundakı səhmlərinin böyük hissəsindən imtina edib. "Report"un "L Equipe" nəşrinə istinadən məlumatına görə, H.Məmmədov klubun səhmdarı kimi qalmağa razılıq verib.

Amma onun payı azalıb. Əvəzində kluba avropalı sərmayəçi tapılıb. "Lans"ın prezidenti Jerve Martel həmin şəxsin 3 il müddətinə 21 milyon avro sərmayə qoymağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, məbləğ hər ilə bərabər bölünəcək. Lakin J.Martel həmin şəxsin adını açıqlamayıb. Klub prezidenti, sadəcə, yeni himayəçinin aprelin 15-dən işə başlayacağını dilə gətirib.

Qeyd edək ki, 2015-ci ilin sonlarında "Lans"ı belçikalı iş adamı Qreqori Makenin himayəyə götürəcəyi bildirilirdi. 

Son xəbərlər

Orphus sistemi