Yuxarı

Gürcüstan klubunun kapitanı məşq zamanı dünyasını dəyişib

Arçil Partenadze 28 yaşında ürək çatışmazlığından vəfat edib

Bakı. 6 aprel. REPORT.AZ/ Gürcüstanın "Betlemi" klubunun kapitanı Arçil Partenadze məşq vaxtı dünyasını dəyişib. "Report"un məlumatına görə, 28 yaşlı hücumçu ürək çatışmazlığından vəfat edib.

Batumidə komandanın məşqi zamanı qəflətən Partenadzenin halı pisləşib və yerə yıxılıb. I liqa təmsilçisinin futbolçusu yerindəcə keçinib.

Qeyd edək ki, 2009-cu ildə Belarusun paytaxtı Minskdə müayinə zamanı xəbərdarlıq edilməsinə baxmayaraq, Arçil Partenadze futbolu atmayıb. Ötən il "Betlemi"nin baş məşqçisi olan hücumçu, komandaya kömək məqsədilə yenidən oynamağa başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi