Yuxarı

Gürcüstan Futbol Federasiyasının prezidenti istefa verib

Seçkiyədək bu vəzifədə Aleksandr Çivadze çalışacaq

Bakı. 7 sentyabr. REPORT.AZ/ Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Zviad Siçinava istefa verib. "Report"un məlumatına görə, bu barədə "Rustavi-2"yə GFF-dən bildirilib.

Oktyabrın 3-də keçiriləcək yeni seçkilərədək bu vəzifəni vitse-prezident Aleksandr Çivadze icra edəcək. Z.Siçinava qərarı təzyiq altında qəbul etmədiyini bildirib. Amma o, namizədlərdən birinin "Dövlət məmurları federasiyanın işinə qarışmalıdır" açıqlamasına etiraz olaraq bu addımı atdığını bildirib: "Mən hesab edirəm ki, bu, düzgün deyil. Bu səbəbdən,elə bu gün istefa verirəm və Nizamnaməyə əsasən, sabahdan Çivadze prezident səlahiyyətlərini yerinə yetirəcək".

Qeyd edək ki, Zviad Siçinava GFF-ə 6 il müddətində rəhbərlik edib. Onun fəaliyyətinin pik nöqtəsi dekabrın 12-də İspaniyanın "Barselona" və "Sevilya" komandaları arasında Tbilisidə keçirilmiş UEFA Superkuboku matçı olub. O, növbəti seçkidə namizədliyini irəli sürməyəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi