“Göteborq”- “Qarabağ” qarşılaşması CBC Sport-da canlı yayımlanmayacaq

“Göteborq”- “Qarabağ” qarşılaşması CBC Sport-da canlı yayımlanmayacaq Buna səbəb “Qarabağ” klubuna 10 gün əvvəl edilən təklifə qarşı tərəfdən cavabın gəlməməsidir
Futbol
16 Avqust , 2016 18:35
“Göteborq”- “Qarabağ” qarşılaşması CBC Sport-da canlı yayımlanmayacaq

Bakı. 16 avqust. REPORT.AZ/ Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçin “Göteborq” klubu ilə Azərbaycanın “Qarabağ” komandası arasında keçiriləcək matçların yayımı CBC Sport telekanalında baş tutmayacaq.

"Report" xəbər verir ki, bu barədə telekanalın yaydığı bəyanatda bildirilir.

Rəsmi açıqlamada deyilir ki, səbəb “Qarabağ” Futbol Klubuna 10 gün əvvəl edilən təklifə bu günədək qarşı tərəfdən heç bir cavabın gəlməməsidir: "Klubun bu qərarına hörmət duyaraq, bütün tamaşaçılarımızdan üzr istəyir və komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayırıq! CBC Sport telekanalı yarandığı gündən beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən bütün komandaların və idmançıların çıxışlarını təmənnasız işıqlandırmağa hər zaman hazırdır və bu işini gələcəkdə də davam etdirəcək".

Xatırladaq ki, iki komanda arasındakı ilk görüş avqustun 18-də Qotenburqda, cavab görüşü avqustun 25-də Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi