​Georgi Nikolov: "Qərarın maliyyə hissəsi ilə razılaşmırıq"

​Georgi Nikolov: "Qərarın maliyyə hissəsi ilə razılaşmırıq" "AFFA-nın Apelyasiya və Ekspertlər Komitəsinə müraciət etməyi planlaşdırırıq"
Futbol
24 Fevral , 2015 14:08
​Georgi Nikolov: Qərarın maliyyə hissəsi ilə razılaşmırıq

Bakı. 24 fevral. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında "İnter" klubunun cərimələnməsi barədə qərar qəbul edilib. "Report"un paytaxt təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, klub prezidenti Georgi Nikolov qərarla bağlı fikirlərini bildirib.

Bolqarıstanlı iş adamı qərarın maliyyə hissəsi ilə razılaşmadıqlarını deyib: "AFFA-nın İntizam Komitəsinin "İnter"lə bağlı qərarının maliyyə hissəsini kifayət qədər sərt qarşılayırıq və bununla bağlı AFFA-nın Apelyasiya və Ekspertlər Komitəsinə müraciət etməyi planlaşdırırıq".

Qeyd edək ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında AZAL-la oyunda baş verənlərə görə "İnter" klubu ümumilikdə 15 000 manat cərimə olunub.

Son xəbərlər

Orphus sistemi