Gənclər və İdman Nazirliyində futbol sektorunun müdiri vəzifəsinə yeni təyinat olub

Gənclər və İdman Nazirliyində futbol sektorunun müdiri vəzifəsinə yeni təyinat olub Təqaüdə göndərilən Nüvər Xasıyevi Fikrət Hüseynov əvəzləyib
Futbol
14 Mart , 2017 16:51
Gənclər və İdman Nazirliyində futbol sektorunun müdiri vəzifəsinə yeni təyinat olub

Bakı. 14 mart. REPORT.AZ/ Gənclər və İdman Nazirliyində futbol sektorunun müdiri vəzifəsinə yeni təyinat olub. Bu barədə "Report"a nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov məlumat verib.

F.Mənsurov bildirib ki, 65 yaşı tamamlandığı üçün təqaüdə göndərilən Nüvər Xasıyevi nazirliyin əməkdaşı Fikrət Hüseynov əvəzləyib.

F.Hüseynov həm də AZAL futbol klubunun vitse-prezidentidir.

Şöbə müdiri dopinqə qarşı mübarizə və idman məktəbləri sektorlarına hələlik təyinatın olmadığını da diqqətə çatdırıb. 

Qeyd edək ki, Gənclər və İdman Nazirliyində Nüvər Xasıyevdən əvvəl İradə Rüstəmzadə dopinqə qarşı mübarizə, Mütalib Həsənov isə idman məktəbləri sektorunun müdiri vəzifəsindən azad olunub. 

Son xəbərlər

Orphus sistemi