Gəncədə “Açıq Əyləncəli Futbol Məktəbi” açılıb - FOTO - VİDEO

Gəncədə “Açıq Əyləncəli Futbol Məktəbi” açılıb - FOTO - VİDEO Gəncə. 30 noyabr. REPORT.AZ/ Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə YAP-ın yaradılmasının 26-cı ildönümü münasibətilə “Açıq əyləncəli futbol məktəbi” layihəsinin açılış mərasimi keçirilib.
Futbol
30 Noyabr , 2018 10:52
Gəncədə “Açıq Əyləncəli Futbol Məktəbi” açılıb - FOTO - VİDEO
Report
0 : 00
0 : 00

Gəncə. 30 noyabr. REPORT.AZ/ Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə YAP-ın yaradılmasının 26-cı ildönümü münasibətilə “Açıq əyləncəli futbol məktəbi” layihəsinin açılış mərasimi keçirilib.

"Report"un Qərb bürosu xəbər verir ki, “OFFSİDE” futbol kompleksində təşkil olunan tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AFFA-nın birinci vitse-prezidenti, millət vəkili Rauf Əliyev, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, deputatlar Musa Quliyev, Xanlar Fətiyev, Naqif Həmzəyev, şəhər idman ictimaiyyətinin nümayəndələri və 200-dən çox məktəbli idmançı iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafdan, bütün sahələrdə olduğu kimi, gənc nəslə və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb.

Layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək olduğunu qeyd edən AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev bu günə qədər layihədən 25 mindən çox gəncin yararlandığını qeyd edib. O, layihənin həyata keçirilməsində daha bir məqsədin istedadlı futbolçuları tapmaq, onlara dəstək vermək olduğunu vurğulayıb.

Gəncənin 2019-cu ildə Avropanın İdman şəhəri seçilməsini xatırladan millət vəkili Naqif Həmzəyev gələn ildə “Açıq əyləncəli futbol məktəbi” layihəsi ilə birlikdə yeni tədbirlərin keçirilməsinin Gəncədə idmanın inkişafına və kütləviliyinə təkan verəcəyini qeyd edib.

Mərasimdə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları təqdim olunub.

Sonra xüsusi idman forması geymiş uşaqlar əyləncəli futbol nümayiş etdirib və qonaqlarla xatirə şəkili çəkdirilib.

Son xəbərlər

Orphus sistemi