Futzal üzrə Azərbaycan millisi Rusiya yığması ilə qarşılaşacaq

Futzal üzrə Azərbaycan millisi Rusiya yığması ilə qarşılaşacaq Azərbaycan - Rusiya cütünün qalibi fevralın 11-də yarımfinalda Serbiya ilə qarşılaşacaq
Futbol
9 Fevral , 2016 02:08
Futzal üzrə Azərbaycan millisi Rusiya yığması ilə qarşılaşacaq

Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün futzal üzrə Azərbaycan milli komandası Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında 1/4 final matçına çıxacaq. "Report"un məlumatına görə, rəqib Rusiya yığması olacaq.

"Belqrad Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq. Rusiya yığması 4 xalla C qrupunu lider kimi tamamlayıb. Azərbaycan isə D qrupunda 3 xalla 2-ci olub. Millimiz qələbə qazanacağı halda, tarixində ikinci dəfə qitənin 4 ən güclüsü sırasına yüksələcək. Sonuncu dəfə millimiz 6 il öncə Macarıstanda yarımfinaladək irəliləyərək, sonda 4-cü yeri tutub. Rusiya yığmasına gəldikdə, şimal qonşularımız 1999-cu il Avropa çempionatının qalibi, 1996, 2005, 2012 və 2014-cü ildə finalçı, 2001 və 2007-ci illərdə bürünc mükafatçı olub.

Azərbaycan - Rusiya cütünün qalibi fevralın 11-də yarımfinalda Serbiya ilə qarşılaşacaq. Təşkilatçı ölkə yığması 1/4 finalda Ukraynaya qalib gəlib - 2:1. Digər yarımfinalçılar isə Qazaxıstan - İtaliya cütünün qalibi ilə Portuqaliyanı 6:2 hesabı ilə yenməyi bacaran İspaniya olacaq.

Avropa çempionatı, 1/4 final

21:30. Rusiya - Azərbaycan

Son xəbərlər

Orphus sistemi