Futzal üzrə Azərbaycan çempionu "Araz” UEFA kuboku uğrunda mübarizəyə başlayıb

Futzal üzrə Azərbaycan çempionu "Araz” UEFA kuboku uğrunda mübarizəyə başlayıb Komanda "Mostar"a 5:2 hesabı ilə qalib gəlib
Futbol
11 Oktyabr , 2017 23:28
Futzal üzrə Azərbaycan çempionu Araz” UEFA kuboku uğrunda mübarizəyə başlayıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Futzal üzrə Azərbaycan çempionu "Araz” UEFA kubokunun əsas mərhələsində mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, Rumıniyada təşkil olunan VIII qrupun ilk turunda Joze Alessionun baş məşqçi olduğu komanda Bosniya və Herseqovina "Mostar"ı ilə üz-üzə gəlib. Görüş "Araz"ın qələbəsi ilə yekunlaşıb - 5:2.

İlk turun digər oyununda Rumıniya "Deva"sı Maltanın "Sent Endryus" komandasını eyni hesabla yenib. Bu görüşün son dəqiqəsində Malta təmsilçisinin futzalçısı qırmızı vərəqə alıb. Təyin olunan penaltini isə meydan sahiblərinin oyunçusu dəqiq yerinə yetirə bilməyib.

Azərbaycan təmsilçisi oktyabrın 12-də "Sent Endryus”la, oktyabrın 14-də isə "Deva” ilə üz-üzə gələcək.

UEFA Kuboku

Əsas mərhələ, VIII qrup

I tur

11 oktyabr 17:30. "Araz” (Azərbaycan) - "Mostar” (Bosniya və Herseqovina) - 5:2

Qollar: Bolinya, 1. Xətai Bağırov, 16. Maykon da Silva Qayevski, 20; 26. İsa Atayev, 21 - Vladan Vesiç, 15. Mario Alaciç, 35

20:00. "Deva” (Rumıniya) - "Sent Endryus” (Malta) - 5:2

Qollar: Dumitru Stoyka, 8. Florin Matey, 10. Mariuş Matey, 11. Alpar Ksoma, 22. Toni Tonitsa, 26 - Rojerinyo, 24; 35

Qırmızı vərəqə: Cankarlo Sammut, 40 ("Sent Endryus")

Yerinə yetirilməyən penalti: Mariuş Matey, 40 ("Deva")

Son xəbərlər

Orphus sistemi