Yuxarı

Futzal Federasiyasının prezidenti istefa verəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib

Futzal Federasiyasının prezidenti istefa verəcəyi ilə bağlı yayılan xə

"Ağır oyun oldu. "Zirə" də yaxşı bir komandadır. Bu komandaya həmişə hörmətlə yanaşmışam. Bu gün bizim futbolçular daha əzmkar idilər və çox diqqətli oynadılar".

Bu fikirləri "Report"a açıqlamasında "Keşlə"nin prezidenti Zaur Axundov Premyer Liqanın VI turunda "Zirə"ni məğlub etdikləri (2:0) oyundan sonra deyib.

Axundov çempionatın hələ ki, yeni başladığını sözlərinə əlavə edib: "Qarşıda çətin oyunlar olacaq. Uzun marafon var. Komandada oyundan-oyuna yeni gələn oyunçular bir-birilərini daha yaxşı başa düşəcəklər. Düşürəm ki, bununla kifayətlənməli deyilik və hər oyuna məsuliyyətli yanaşmalıyıq".

Futzal Federasiyasının da prezidenti olan Axundov iki işin ona çətinlik yaratmadığını vurğulayıb: "Futzaldakı çempionatları da izləyirəm. Naxçıvanın "Araz" klubu Çempionlar Liqasında oynayacaq. Oktyabrın sonunda millimizin dünya çempionatının seçmə mərhələsindəki oyunları da var".

Federasiya rəhbəri qurumdan istefa verəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib: "Bunlar yalan xəbərlərdir. İşimizi davam etdiririk. Oktyabrın sonu möhtəşəm turnir var. Bunlar hamısı kiminsə uydurmasıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi