​Azərbaycan yığmasının Avropa çempionatı üzrə bütün rəqibləri məlum olub

​Azərbaycan yığmasının Avropa çempionatı üzrə bütün rəqibləri məlum olub Reqlamentə görə, altı qrupun bütün qalibləri, həmçinin ən yaxşı ikinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanıb.
Futbol
18 Yanvar , 2015 11:39
​Azərbaycan yığmasının Avropa çempionatı üzrə bütün rəqibləri məlum olub

Bakı. 18 yanvar. REPORT.AZ/ Yavarın 17-də futzal üzrə 2016-cı il Avropa çempionatının ilkin mərhələsi başa çatıb.

"Report" xəbər verir ki, yekunda Azərbaycan yığmasının bütün rəqibləri məlum olub.

Turnirin reqlamentinə görə, altı qrupun bütün qalibləri, həmçinin ən yaxşı ikinci yerin sahibi əsas mərhələyə vəsiqə qazanıb.

Yekunda Azərbaycan yığmasının 4-cü qrup üzrə sonuncu rəqibi Danimarka kollektivi olub. Futbolçularımız qrupda, həmçinin Ukrayna və Belçika yığmaları ilə mübarizə aparacaqlar. Qrup oyunları 2015-ci ilin 17-22 mart tarixlərində Rumıniyada keçiriləcək.

Qrup qalibləri Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. Qrup ikinciləri və ən yaxşı 3-cü yerin sahibi isə 15-22 sentyabr tarixlərində pley-offda üz-üzə gələcək.

Futzal üzrə Avropa çempionatı 2016-ci il 2-13 fevral tarixlərində Serbiyada keçiriləcək.

Əsas mərhələnin qrupları tam olaraq bu cürdür:

1 qrup: Rusiya, Niderland, Bosniya və Hersoqovina, Latviya;

2 qrup: İspaniya, Macarıstan, Makedoniya KYR, İsveçrə;

3 qrup: İtaliya (çempion), Belarus, Polşa, Finlandiya;

4 qrup: Ukrayna, Azərbaycan, Belçika, Danimarka;

5 qrup: Çexiya, Sloveniya, Norveç, Fransa;

6 qrup: Xorvatiya, Slovakiya, Türkiyə, Ermənistan;

7 qrup: Portuqaliya, Rumıniya, Qazaxıstan, Gürcüstan.

Son xəbərlər

Orphus sistemi