Futbolda əllə oyun: Qayda pozuntusunun olduğu və olmadığı epizodlar - TƏHLİL

Futbolda əllə oyun: Qayda pozuntusunun olduğu və olmadığı epizodlar - TƏHLİL Almaniyanın FIFA referisi Tobias Ştiller Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) təsdiqlədiyi yeni oyun qaydalarına əsasən, meydan oyunçusunun topa əllə müdaxilə etdiyi fərqli epizodları şərh edib.
Futbol
18 Oktyabr , 2019 17:27
Futbolda əllə oyun: Qayda pozuntusunun olduğu və olmadığı epizodlar - TƏHLİL

Almaniyanın FIFA referisi Tobias Ştiller Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) təsdiqlədiyi yeni oyun qaydalarına əsasən, meydan oyunçusunun topa əllə müdaxilə etdiyi fərqli epizodları şərh edib.

“Report” xəbər verir ki, 38 yaşlı baş hakim “Die Zeit” qəzetində yer alan məqalədə 13 fərqli epizodu dəyərələndirib və hansı hallarda qayda pozuntusunun olub-olmamasına aydınlıq gətirib.

Əsas qayda: Əl üfüqi şəkildə yana, şaquli şəkildə yuxarı və önə açılan zaman top ələ, ya da qola təmas edəndə, bu, qayda pozuntusudur. Bu vəziyyətdə əl təbii mövqeyinin xaricindədir. Ona görə də bu halda cərimə zərbəsi, cərimə meydançasının daxilində isə penalti təyin olunur. Futbolçunun qəsdən və ya bilməyərəkdən əllə oynaması nəzərə alınmır.

Qadağandır: Əl çiyin səviyyəsinin üzərinə çıxanda təbii mövqeyinin xaricindədir və qayda pozuntusudur.

İcazə verilir: Bir oyunçu uzaqlaşdırmaq məqsədilə zərbə vuran zaman top əlinə dəyərsə, əlin təbii mövqedə olmaması halında belə, qayda pozuntusu sayılmır.

Qadağandır: Oyunçunun əli təbii mövqeyində görünməsinə baxmayaraq, bədəni topa doğru həmlə edən zaman ona əli ilə toxunarsa, bu, qayda pozuntusudur.

İcazə verilir: Oyunçunun əli təbii mövqeyindədir və çox açıq deyil. O, vücudu ilə topa doğru yönəlmir. Burada qayda pozuntusu yoxdur və topun ələ çarpması kimi qiymətləndirilir.

Qadağandır: Futbolçu yerə yıxılan zaman top bədənə dəstək verən ələ toxunarsa, oyun davam edir. Digər əl bədəndən kənardadırsa, qayda pozuntusudur.

İcazə verilir: Top yıxılan oyunçunun bədəninə dəstək verdiyi əlinə dəyərsə, qaydalar çərçivəsindədir. Ancaq oyunçu düşərkən topu əli ilə uzaqlaşdırarsa və ya top əlinə dəyib qapıdan keçərsə, bu, qayda pozuntusudur.

Qadağandır: Top çiyin səviyyəsindən aşağıda olarsa və hakim epizodu qəsdən əllə oyun kimi qiymətləndirərsə, bu, qayda pozuntusudur.

İcazə verilir: Top qaçan futbolçunu təbii vəziyyətdə olan əlinə dəyərsə, oyun davam edir.

Qadağandır: Top uzaqdan gələrsə və oyunçunun əlini çəkmək üçün yetərli vaxtı varsa, çarpan top qayda pozuntusudur.

İcazə verilir: Əgər top oyunçunun əlinə onu çəkə bilməyəcəyi sürətlə gəlirsə və əl təbii vəziyyətdədirsə, cərimə zərbəsi təyin olunmur.

Qadağandır: Hücum edən oyunçu çarpma belə olsa, ələ dəyən top qol şansına yol açırsa, hər bir halda qayda pozuntusudur.

İcazə verilir: Hücum oyunçusundan fərqli olaraq, qapı istiqamətinə gedən top müdafiə olunan futbolçunun təbii vəziyyətdə olan əlinə dəyərsə, qaydalar çərçivəsindədir.

Son xəbərlər

Orphus sistemi