Braziliyada futbolçuların olduğu məkanda növbəti dəfə yanğın baş verib

Braziliyada futbolçuların olduğu məkanda növbəti dəfə yanğın baş verib Bakı. 12 fevral. REPORT.AZ/ Braziliyanın Rio-de-Janeyro şəhərində futbolçuların olduğu məkanda növbəti dəfə yanğın baş verib.
Futbol
12 Fevral , 2019 17:37
Braziliyada futbolçuların olduğu məkanda növbəti dəfə yanğın baş verib

Bakı. 12 fevral. REPORT.AZ/ Braziliyanın Rio-de-Janeyro şəhərində futbolçuların olduğu məkanda növbəti dəfə yanğın baş verib.

"Report" "Sport Mediaset"a istinadən xəbər verir ki, hadisə Braziliya D Seriyasında çıxış edən "Banqu" komandasının idman mərkəzində olub. Nəticədə iki futbolçu xəsarət alaraq xəstəxanaya aparılıb. Onların həyatları üçün təhlükənin olmadığı bildirilir. 

Qeyd edək ki, fevralın 8-də "Flamenqo" klubunun məşq bazasında yanğın baş verib. Hadisə nəticəsində 10 nəfər dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi