Yuxarı
    Bağlamaq

    ​İki komandanın davası nəticəsində futbolçular üst-üstə 59 oyunluq diskvalifikasiya olunublar

    Bir futbolçu xəstəxanaya yerləşdirilib

    Bakı. 2 aprel. REPORT.AZ/ İtaliya D Seriyasında "Vittoriya" və "Paterno" futbol komandaları arasında keçirilən matçda dava düşüb. "Report"un məlumatına görə, ilk hissə başa çatdıqdan sonra oyunçular paltardəyişmə otağına gedən dəhlizdə əlbəyaxa olublar.

    Dava nəticəsində döyülən futbolçulardan biri qabırğa sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hər iki komandanın üzvləri sərt cəzaya məruz qalıblar. "Vittoriya"nın oyunçuları üçün ümumilikdə 36, "Paterno"nun üzvləri üçün isə 23 oyunluq diskvalifikasiya qərarı çıxarılıb. Eyni zamanda hər iki kluba texniki məğlubiyyət verilib. 

    Qeyd edək ki, davadan sonra ikinci hissədə meydana çıxmaq üçün futbolçu sayı yetərli olmadığından, matç dayandırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi