Fransa klubunun futbolçusu komanda yoldaşından oğurluq etdiyini boynuna alıb

Fransa klubunun futbolçusu komanda yoldaşından oğurluq etdiyini boynuna alıb Fransanın Nitsa klubunun rəhbərliyi komanda yoldaşı Kasper Dolberqin saatını oğurladığını etiraf edən Lamin Diabi ilə müqaviləni ləğv etmək qərarına gəlib.
Futbol
27 Sentyabr , 2019 14:30
Fransa klubunun futbolçusu komanda yoldaşından oğurluq etdiyini boynuna alıb

Fransanın "Nitsa" klubunun rəhbərliyi komanda yoldaşı Kasper Dolberqin saatını oğurladığını etiraf edən Lamin Diabi ilə müqaviləni ləğv etmək qərarına gəlib.

"Report"un "L Equipe" nəşrinə istinadən məlumatına görə, oğurluq hadisəsi sentyabrın 16-da komandanın təlim-məşq bazasındakı soyunub-geyinmə otağında baş verib. 18 yaşlı hücumçunun özü üçün mənimsədiyi saatın qiyməti 70 min avro məbləğində qiymətləndirilir. Diabi artıq öz günahını etiraf edib, Dolberqdən və baş məşqçi Patrik Vieyradan üzr istəyib. O, həmçinin dəymiş ziyanı ödəyəcəyini vəd edib.

Qeyd edək ki, Lamin Diabi "Nitsa"nın yetirməsidir. Onun Fransa təmsilçisi ilə 2021-ci ilin yayına kimi müqaviləsi mövcuddur. 

Son xəbərlər

Orphus sistemi