Yuxarı

​Futbol üzrə İtaliya çempionatında 26-cı tura yekun vurulub - VİDEO

Yuventus liderliyini qoruyub saxlayıb

Bakı. 23 fevral. REPORT.AZ/ İtaliya "A" Seriyasında 26-cı tura yekun vurulub.

"Report" xəbər verir ki, turun açılış oyunu "Bolonya" ilə "Yuventus" arasında baş tutub.

Oyun heç-heçə bitsə də, "Yuventus" çempionatda liderliyini saxlayıb. Onun ən yaxın izləyicisi "Napoli"dir. Digər qarşılaşmalarda "İnter" "Sampdoriya"dan güclü olub, "Roma" "Palermo"nu darmadağın edib, "Napoli" isə "Milan" ilə heç-heçə oynayıb.

İtaliya çempionat, 26-cı tur

"Napoli" – "Milan" - 1:1

Qollar: 1:0 – 39 İnsinye, 1:1 – 44 Bonaventura

"Torino" – "Karpi" - 0:0

"Sassuolo" – "Empoli" - 3:2

Qollar: 0:1 – 36 Zelinski, 1:1 – 40 Berardi, 2:1 – 48 Defrel, 3:1 – 50 Defrel, 3:2 – 70, penal Makkarone

"Atalanta" – "Fiorentina" - 2:3

Qollar: 0:1 – 67 Fernandes, 0:2 – 81 Telyo, 1:2 – 84 Konti, 1:3 – 87 Kaliniç, 2:3 – 90 Pinilya

"Cenoa" – "Udineze" - 2:1

Qollar: 0:1 – 33 Adnan, 1:1 – 57, penal Çerçi, 2:1 – 70 Laksalt

"Bolonya" – "Yuventus" - 0:0

"Verona" – "Kyevo" - 3:1

Qollar: 1:0 – 29 Toni, 2:0 – 57 Passini, 2:1 – 71, penal Pellissye, 3:1 – 90 İonise

"İnter" – "Sampdoriya" - 3:1

Qollar: 1:0 – 23 D`Ambrozio, 2:0 – 57 Miranda, 3:0 – 73 İkardi, 3:1 – 90 Kualyarella

"Frozinone" – "Latsio" - 0:0

"Roma" – "Palermo" - 5:0

Qollar: 1:0 – 30 Ceko, 2:0 – 52 Keyta, 3:0 – 60 Salah, 4:0 – 62 Salah, 5:0 – 89 Ceko.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi