Bakı. 18 avqust. REPORT.AZ/ Avqustun 17-də futbol üzrə İspaniya La Liqasında birinci tura start verilib.
“Report” xəbər verir ki, turun ilk matçı "Jirona" və "Valyadolid" komandaları arasında baş tutub. Görüşdə qapılara qol vurulmayıb.
Növbəti qarşılaşmada "Betis" "Levante"ni qəbul edib. Matç qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb – 0:3. "Levante"nin heyətində Marti (38-ci dəqiqə) və Morales (54, 90+5) fərqlənib.
Avqustun 18-də keçiriləcək oyunlarda "Selta" "Espanyol"u, "Vilyarreal" isə "Real Sosyedad"ı qəbul edəcək.