Futbol üzrə Fransa Kubokunun qalibi məlum olub - VİDEO

Futbol üzrə Fransa Kubokunun qalibi məlum olub - VİDEO PSJ 91-ci dəqiqədə vurulan avtoqol sayəsində "Anje"yə qalib gəlib
Futbol
28 May , 2017 05:33
Futbol üzrə Fransa Kubokunun qalibi məlum olub - VİDEO

Bakı. 28 may. REPORT.AZ/ PSJ futbol üzrə Fransa Kubokunun final matçında "Anje"yə qalib gəlib.

"Report" xəbər verir ki, Sen-Deninin "Stad de Frans" stadionunda keçirilən görüş 1:0 hesabı ilə "parislilər"in xeyrinə başa çatıb.

Beləliklə, PSJ ardıcıl üçüncü dəfə, ümumilikdə isə rekord sayda – 11 dəfə Fransa Kubokunun qalibi olub.

Görüşün 91-ci dəqiqəsində "Anje"nin müdafiəçisi İssa Sissoko topu öz qapısına göndərərək PSJ-yə qələbə gətirib.

Fransa Kuboku. Final

"Anje" - PSJ - 0:1

Qol: 0:1 – Sissoko – 90+1 (avtoqol)

Son xəbərlər

Orphus sistemi