Yuxarı

Futbol üzrə dünya klub çempionatı iştirakçılarının sayı 24-ə çatdırıla bilər

Futbol üzrə dünya klub çempionatı iştirakçılarının sayı 24-ə çatdırıla bilər
Klublararası Dünya Çempionatında ilk 2021 ilin yayında Çində yeni formatda keçiriləcək

Bakı. 30 noyabr. REPORT.AZ/ FİFA klublararası dünya çempionatında islahat aparmağı planlaşdırır. Yeniliyə görə, onu beynəlxalq turnirlər təqvimində Konfederasiyalar Kuboku əvəz edəcək və bu, dörd ildən bir keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə ispan nəşri "Marca" yazıb.

Ehtimal olunur ki, klublararası ilk Dünya çempionatı yeni formatda 2021-ci ilin yayında Çində keçiriləcək. Çempionatda 24 klub, o cümlədən 12 Avropa, 5 Cənubi Amerika, hər birindən 2 komanda olmaqla Afrika, Asiya və Şimali Amerika kollektivi, həmçinin 1 Okeaniya təmsilçisi iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi