Yuxarı

Futbol üzrə dünya çempionatında bu gün 4 oyun keçiriləcək

Futbol üzrə dünya çempionatında bu gün 4 oyun keçiriləcək

Bakı. 16 iyun. REPORT.AZ/ Rusiyadakı futbol üzrə dünya çempionatında bu gün daha 4 oyun keçiriləcək.

"Report"un məlumatına görə, qarşılaşmalar C və D qruplarında ilk tura təsadüf edəcək.

İlk görüş Kazanda Fransa və Avstraliya arasında təşkil olunacaq. Bu görüş öncəsi 2016-cı il Avropa çempionatının finalçısı Fransa yığmasının hücumçusu Antuan Qrizmann İspaniya "Atletiko"sunda qalacağını açıqlayıb. Bununla da AVRO-2016-nın bombardiri Avstraliya ilə matça rahat çıxmasını təmin edib.

Bu matçın ardından nəzərlər paytaxt Moskvadakı "Spartak" stadionuna yönələcək. Orada 2014-cü il dünya çempionatının finalçısı Argentina debütant İslandiya ilə üz-üzə gələcək. Lionel Messi və komanda yoldaşlarının sürpriz yığmaya qarşı necə mübarizə aparacağı maraq doğurur.

C qrupunun növbəti görüşü Saranskdakı "Mordoviya Arena"da Peru və Danimarka arasında olacaq.

Günə isə D qrupunun Xorvatiya - Nigeriya matçı ilə yekun vurulacaq.

DÇ-2018

16 iyun

C qrupu

14:00. Fransa - Avstraliya

Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay), Xulio Baskunyan, Kristian Şimann (hər ikisi Çili)

Kazan, "Kazan Arena"

D qrupu

17:00. Argentina - İslandiya

Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkeviç (hamısı Polşa), Vilmar Roldan, Aleksander Quzman (hər ikisi Kolumbiya)

Moskva, "Spartak" stadionu

C qrupu

20:00. Peru - Danimarka

Hakimlər: Bakari Qassama (Qambiya), Jan-Klod Birumuşahu (Burundi), Abdelhak Etçiali, Mehdi Abid Şaref (hər ikisi Əlcəzair), Anuar Hmila (Tunis)

"Saransk, "Mordoviya Arena"

D qrupu

23:00. Xorvatiya - Nigeriya

Hakimlər: Sandro Riççi, Emerson de Karvalyo, Marselo van Qasse (hamısı Braziliya), Antonio Maryö Lahoz, Pau Sebrian Devis (hər ikisi İspaniya)

Kalininqrad, "Kalininqrad" stadionu

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi