Bu gün ​futbol üzrə Çempionlar Liqasının qalibi müəyyənləşəcək

Bu gün ​futbol üzrə Çempionlar Liqasının qalibi müəyyənləşəcək Finalda "Yuventus" və "Barselona" komandaları qarşılaşacaq
Futbol
6 İyun , 2015 10:02
Bu gün ​futbol üzrə Çempionlar Liqasının qalibi müəyyənləşəcək

Bakı. 6 iyun. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının final oyunu keçiriləcək. "Report"un məlumatına görə, kubokun qalibini müəyyən edəcək matçda İtaliyanın "Yuventus" və İspaniyanın "Barselona" klubları üz-üzə gələcək.

Hər iki komanda 8-ci dəfə qitənin ən nüfuzlu klub turnirinin finalında çıxış edəcək. Kataloniyalılar 4 dəfə kuboku klub muzeyinə aparıbsa, Turin təmsilçisi 2 dəfə qalib olub. 

İtaliya və İspaniya çempionu olan komandaların görüşünü türkiyəli hakim Cüneyt Çakır idarə edəcək. Bahattin Duran və Tarık Ongun isə yan hakim funksiyasını yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Hüseyin Göçek və Barış Şimşek olacaq. Matçın 4-cü hakimi İsveçdən Conas Erikssondur.

Qarşılaşma Berlin Olimpiya Stadionunda keçiriləcək. Matç Bakı vaxti ilə saat 23:45-də start götürəcək.

Qeyd edək ki, yarımfinal mərhələsində "Barselona" Almaniya "Bavariya"sını (3:0, 2:3), "Yuventus" isə Madrid "Real"ını (2:1, 1:1) məğlub edərək finala vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi