Yuxarı

Futbol üzrə Çempionlar Liqasında II tura 8 oyunla yekun vurulub

Futbol üzrə Çempionlar Liqasında II tura 8 oyunla yekun vurulub
Günün ilk matçı Qarabağla Roma arasında olub

Bakı. 28 sentyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında II tura daha 8 oyunla yekun vurulub.

"Report"un məlumatına görə, günün ilk matçı Bakıda "Qarabağ"la İtaliya "Roma"sı arasında olub.

"Roma" 2:1 hesabı ilə qalib gəlib. Qalan 7 qarşılaşma isə eyni saatda başlanıb. Mərkəzi görüş elə C qrupunda İspaniya "Atletiko"su ilə İngiltərənin "Çelsi" klubları arasında baş tutub. 

2018-2019 mövsümündə Çempionlar Liqasının final matçının keçiriləcəyi "Metropolitano" stadionundakı qarşılaşmanı türkiyəli referi Cüneyt Çakır idarə edib. Hesabı penaltidən "Atletiko" açsa da, ikinci hissədə "Çelsi" bərabərlik, uzatma dəqiqələrində isə qələbə topunu vurub. Bununla da İngiltərə təmsilçisi qrupda 6 xalla liderliyi davam etdirib. "Roma" 4 xalla 2-ci pilləyə qalxıb. "Atletiko" isə Bakıya səfər ərəfəsində 1 xalla 3-cü pillədə qalıb. "Qarabağ" isə xalsızdır.

Daha bir diqqətçəkən matç Fransanın paytaxtı Parisdə PSJ ilə Almaniya "Bavariya"sı arasında olub. PSJ böyük hesabla qalib gələrək, vahid liderə çevrilib.

Açılış oyunlarını qələbə ilə başa vuran A qrupundakı Rusiya MOİK-i ilə İngiltərə "Mançester Yunayted"i arasındakı görüşdə qonaqlar böyük hesabla qalib gəlib.

D qrupunda Portuqaliya "Sportinq"i İspaniya "Barselona"sına avtoqolla uduzub.

Çempionlar Liqası, II tur

27 sentyabr

A qrupu

22:45. "Bazel" (İsveçrə) - "Benfika" (Portuqaliya) - 5:0

Qollar: Mixael Lanq, 2. Dimitri Oberlin, 20; 69. Rikki van Volfsfinkel, 60-penalti ilə. Blas Riveros, 76

Qırmızı vərəqə: Andre Almeyda, 62 ("Benfika")

22:45. MOİK (Rusiya) - "Mançester Yunayted" (İngiltərə) - 1:4

Qollar: Konstantin Kuçayev, 90 - Romelu Lukaku, 4; 27. Antoni Marsyal, 19-penalti ilə. Henrik Mxitaryan, 57

Xal durumu: "Mançester Yunayted" - 6, "Bazel" - 3, MOİK - 3, "Benfika" - 0.

B qrupu

22:45. PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 3:0

Qollar: Dani Alveş, 2. Edinson Kavani, 31. Neymar, 63

22:45. "Anderlext" (Belçika) - "Seltik" (Şotlandiya) - 0:3

Qollar: Li Qriffits, 38. Patrik Roberts, 50. Skott Sinkleyr, 90+3

Xal durumu: PSJ - 6, "Seltik" - 3, "Bavariya" - 3, "Anderlext" - 0.

C qrupu

22:45. "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə) - 1:2

Qollar: Antuan Qrizmann, 40-penalti ilə - Alvaro Morata, 60. Mişi Batşuayi, 90+4

20:00. "Qarabağ" (Azərbaycan) - "Roma" (İtaliya) - 1:2

Qollar: Pedro Enrike, 28 - Kostas Manolas, 7. Edin Ceko, 15

Xal durumu: "Çelsi" - 6, "Roma" - 4, "Atletiko" - 1, "Qarabağ" - 0.

D qrupu

22:45. "Sportinq" (Portuqaliya) - "Barselona" (İspaniya) - 0:1

Qol: Sebastian Koates, 49-öz qapısına

22:45. "Yuventus" (İtaliya) - "Olimpiakos" (Yunanıstan) - 2:0

Qollar: Qonsalo İquain, 69. Mario Mancukiç, 80

Xal durumu: "Barselona" - 6, "Yuventus" - 3, "Sportinq" - 3, "Olimpiakos" - 0.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi