Futbol üzrə Braziliya çempionunun adı müəyyənləşib

Futbol üzrə Braziliya çempionunun adı müəyyənləşib “Korintians”ın tarixində 7-ci dəfə qızıl medallara sahib çıxıb
Futbol
16 Noyabr , 2017 09:43
Futbol üzrə Braziliya çempionunun adı müəyyənləşib

Bakı. 16 noyabr. REPORT.AZ/ 2017/2018 mövsümündə futbol üzrə Braziliya A Seriyasının qalibi müəyyənləşib. 

“Report” xəbər verir ki, XXXV tur çərçivəsində evdə “Fluminense”ni 3:1 hesabı ilə məğlub edən “Korintians” çempionluğu erkən rəsmiləşdirib.

Bu qələbə sayəsində xallarını 71-ə çatdıran San-Paulu təmsilçisi mövsümün başa çatmasına 3 tur qalmış 61 xalla 2-ci pillədəki “Qremio” üçün əlçatmaz olub.

Qeyd edək ki, bu, “Korintians” tarixində 7-ci çempionluqdur.

Son xəbərlər

Orphus sistemi