Futbol üzrə Belçika yığması Misiri məğlub edib - FOTO

Futbol üzrə Belçika yığması Misiri məğlub edib - FOTO Bakı. 7 iyun. REPORT.AZ/ Futbol üzrə Belçika yığması yoldaşlıq görüşündə Misiri məğlub edib.
Futbol
7 İyun , 2018 06:36
Futbol üzrə Belçika yığması Misiri məğlub edib - FOTO

Bakı. 7 iyun. REPORT.AZ/ Futbol üzrə Belçika yığması yoldaşlıq görüşündə Misiri məğlub edib.

"Report" xəbər verir ki, qarşılaşma BrüssseldəŞ "Rua Bod" stadionunda baş tutub və meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada ilk qol matçın 27-də açılıb (Romelu Lukaku). Bundan 11 dəqiqə sonra meydan sahibləri növbəti dəfə fərqləniblər - Eden Hazard hesabı 2:0-a çatdırıb. Oyunda sonuncu qol 92-ci dəqiqədə vurulub. Maruan Fellayni meydan sahiblərinin qələbəsini rəsmiləşdirib.

Belçika futbol üzrə 2018-ci il dünya çempionatında İngiltərə, Tunis və Panama ilə eyni qrupda çıxış edəcək. Misir yığması Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvayla qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi