Yuxarı

Belçikada ilin ən yaxşıları müəyyənləşib

​Futbol üzrə Belçika çempionatında geridə qalan 2019-cu ilin "ən yaxşı

Futbol üzrə Belçika çempionatında geridə qalan 2019-cu ilin "ən yaxşılar"ı müəyyənləşib.

"Report"un məlumatına görə, qaliblər əsasən ölkənin "Brügge" klubunun üzvləri olub.

İlin ən yaxşı oyunçusu "Brügge"nin yarımmüdafiəçisi Hans Vanaken seçilib. O, ötən ildə keçirdiyi 33 görüşdə 13 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Klubun qolkiperi Simon Minyole isə ilin ən yaxşı qapıçısı elan edilib. Belçikalı qolkiper keçirdiyi 30 oyunun 16-da qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, "Brügge"nin baş məşqçisi Filipp Klement isə Belçikada ilin ən yaxşı baş məşqçisi olub. Onun komandası hazırda davam edən çempionatda turnir cədvəlindəki ən yaxın izləyicisini 10 xal qabaqlayır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi