Yuxarı
    Bağlamaq

    Futbol üzrə Azərbaycan yığmasını Belfasta aparan təyyarə bu gün Bakıya qayıdacaq

    AZAL rəsmisi: “Təyyarədə yaranan texniki nasazlıq aradan qaldırılıb”

    Bakı. 12 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisini Şimali İrlandiya ilə oyun üçün Belfast şəhərinə aparan AZAL-a məxsus "Boeing 787 Dreamliner" təyyarəsi yaxın saatlarda Bakıya yola düşəcək.

    Bunu "Report"a AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski deyib.

    Onun sözlərinə görə, təyyarədə yaranan texniki nasazlıq aradan qaldırılıb. Nəticədə Bakı - Belfast - Bakı marşrutu ilə hərəkət edən təyyarə təxminən saat 13:00 radələrində Belfast aeroportundan havaya qalxacaq.

    Qeyd edək ki, futbol üzrə Azərbaycan yığması 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiya ilə oyundan dərhal sonra Bakıya qayıtmalı olsa da, təyyarədəki texniki nasazlıq səbəbindən uçuş təxirə salınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi