Yuxarı

Futbol üzrə Azərbaycan yığması Qətərlə qarşılaşacaq

Futbol üzrə Azərbaycan yığması Qətərlə qarşılaşacaq
Milli komandaların yoldaşlıq görüşünə dair ilkin razılıq əldə olunub

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan və Qətər milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın martın 9-da Qətərdə təşkili nəzərdə tutulub.

Bununla əlaqədar iki ölkənin futbol qurumu arasında ilkin razılıq əldə olunub.

Qətər 2022-ci il dünya çempionatına ev sahibliyi edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi