Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına, günün ilk matçında "Zirə" "Sumqayıt"ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə bitib.
Görüşdə ilk qol üçüncü dəqiqədə vurulub. "Zirə"nin heyətində Mfo Kqasvane fərqlənib. Qonaqlar 30-cu dəqiqədə hesabı bərabərləşdirib. Peyman Babayi penalti zərbəsini dəqiq yerinə yetirib. "Sumqayıt" ilk hissənin sonlarında üstün oyun sərgiləsə də, hesabda önə keçə bilməyib. Birinci yarı bu hesabla yekunlaşıb.
58-ci dəqiqədə paytaxt təmsilçisinin yeni transferi Riçard Qadze "Zirə"ni yenidən hesabda önə keçirib. 82-ci dəqiqədə isə "Sumqayıt"dan Əmir Ağayev bərabərlik qolunun müəllifi olub.
Bu nəticədən sonra "Zirə" 10-cu xalını qazanıb 6-cı yerdə qalıb. "Sumqayıt" isə 11 xalla 4-5-ci yerləri bölüşdürür.
Qeyd edək ki, X tura bu gün keçiriləcək "Qəbələ" - "Sabah" matçı ilə yekun vurulacaq. Turun ilk 2 matçında qapılara qol vurulmayıb. "Neftçi" - "Qarabağ" və "Səbail" - "Keşlə" oyunlarında hesab açılmayıb - 0:0.