Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.
"Report"un məlumatına görə, ilk dövrədə son turun açılışında "Sumqayıt" "Keşlə"ni qəbul edib. "Kapital Bank Arena"da təşkil olunmuş qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Bu nəticədən sonra xallarını 11-ə çatdıran "Keşlə" 2-ci pilləyə yüksəlib. Mövsümdə ilk heç-heçəyə imza atan "Sumqayıt" isə xallarını 7-yə çatdırsa da, yenə 6-cı pillədə qalıb.
Qeyd edək ki, bu gün saat 19:15-də turun "Neftçi" - "Səbail" matçı start götürəcək. Oktyabrın 6-da isə "Zirə" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları keçiriləcək.