Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib "Qarabağ" "Kəpəz"i qəbul edib
Futbol
17 Sentyabr , 2017 20:29
Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Kəpəz"i qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 34-cü dəqiqədə Coşqun Diniyev, 80-ci dəqiqədə isə Dani Kintana vurub.

Bu görüşdə Kintana 37 gündən sonra zədəsini bərpa edərək, yaşıl meydanlara qayıdıb. 83-cü dəqiqədə isə Türkiyə "Trabzonspor"undan icarəyə götürülmüş Ramil Şeydayev Azərbaycan Premyer Liqasında debüt edib. O, Dino Ndlovunu əvəzləyib.

Qeyd edək ki, bu qələbə sayəsində "Qarabağ" xallarını 12-yə çatdırsa da, elə 2-ci pillədə qalıb. Lakin Ağdam komandasının ehtiyatda bir oyunu var. 1 xalı olan "Kəpəz" isə "Neftçi" ilə 7-8-ci yerləri bölüşür.

Son xəbərlər

Orphus sistemi