Bakı. 9 iyun. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə mərhələsində keçirəcəyi son 2 ev oyununun stadionu müəyyənləşib.
“Report”un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığma sentyabrın 4-də San Marinonu və oktyabrın 5-də Çexiyanı Bakı Olimpiya Stadionunda qəbul edəcək.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə növbəti oyununu iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.