Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.
Futbol
15 Dekabr , 2019 17:17
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

"Report"un məlumatına görə, günün ilk oyununda "Qəbələ" və "Sabah" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilmiş matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

İlk 2 qolu 19-cu və 44-cü dəqiqələrdə Klesio Bauk vurub. Son nöqtəni isə 87-ci dəqiqədə Ülvi İsgəndərov qoyub.

Cavab görüşü dekabrın 19-da "Bank Respublika Arena"da keçiriləcək.

Qeyd edək ki, hazırda "Səbail" - "Zirə" matçı keçirilir. Hələlik hesab açılmayıb - 0:0. İlk oyunlara dekabrın 16-da "Neftçi" - Sumqayıt" və "Qarabağ" - "Keşlə" görüşləri ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi