Yuxarı

Futbol üzrə Avstraliya yığmasına yeni baş məşqçi təyin olunub

Futbol üzrə Avstraliya yığmasına yeni baş məşqçi təyin olunub 2346
Holland mütəxəssis Van Marveyk qısamüddətli müqavilə imzalayıb

Futbol üzrə Avstraliya yığmasına yeni baş məşqçi təyin olunub

Holland mütəxəssis Van Marveyk komanda ilə qısamüddətli müqavilə imzalayıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Tanınmış hollandiyalı mütəxəssis, Niderland milli komandasının sabiq çalışdırıcısı Bert van Marveyk Avstraliya yığmasının baş məşqçisi təyin olunub.

“Report” "The Guardian"a istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis qısamüddətli müqavilə imzalayıb və kollektivi Rusiyada keçiriləcək dünya çempionatına hazırlayacaq.

Avstraliyalılar DÇ-2018-in qrup mərhələsində Fransa, Danimarka və Peru ilə mübarizə aparacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi