"Beşiktaş" böyük hesablı qələbə ilə 1/4 finala yüksəlib - VİDEO

"Beşiktaş" böyük hesablı qələbə ilə 1/4 finala yüksəlib - VİDEO "Beşiktaş", İspaniya "Sevilya"sı və Belçika "Genk"i də mərhələ adlayıb
Futbol
16 Mart , 2017 23:56
Beşiktaş böyük hesablı qələbə ilə 1/4 finala yüksəlib - VİDEO
Courtesy İmage

Bakı. 16 mart. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin ilk 3 cavab görüşü keçirilib.

"Report"un məlumatına görə, Türkiyənin yeganə təmsilçisi "Beşiktaş" Yunanıstan "Olimpiakos"unu qəbul edib.

İstanbuldakı "Vodafone Arena"da baş tutmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb. "Qartallar"dan Rayan Babelin "dubl" etdiyi görüşdə Vinsent Abubakar ilk, Cenk Tosun sonuncu qolun müəllifi olub. "Olimpiakos"dan isə norveçli legioner Tarik Elyunussi fərqlənib. "Beşiktaş" 2:1 hesabı ilə öndə olduğu vaxt Abubakar qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Lakin Türkiyə komandası 10 futbolçu ilə daha 2 qol vurmağı bacarıb.

"Beşiktaş"la yanaşı, İspaniya "Sevilya"sı və Belçika "Genk"i də mərhələ adlayıb. Daha 5 vəsiqənin sahibi bu gecə müəyyənləşəcək.

Avropa Liqası, 1/16 final

Cavab görüşləri

16 mart

22:00. "Beşiktaş" (Türkiyə) - "Olimpiakos" (Yunanıstan) - 4:1

Qollar: Vinsent Abubakar, 10. Rayan Babel, 22; 75. Cenk Tosun, 84 - Tarik Elyunussi, 31

Qırmızı vərəqə: Vinsent Abubakar, 39 ("Beşiktaş")

Baş hakim: Maykl Oliver (İngiltərə)

İstanbul, "Vodafone Arena"

İlk oyun - 1:1

22:00. "Krasnodar" (Rusiya) - "Selta" (İspaniya) - 0:2

Qol: Uqo Mallo, 52. Yaqo Aspas, 80

Qırmızı vərəqə: Şarl Kabore, 86 ("Krasnodar")

Baş hakim: Ruddi Buke (Fransa)

Krasnodar stadionu

İlk oyun - 1:2

22:00. "Genk" (Belçika) - "Gent" (Belçika) - 1:1

Qol: Timati Kastanyi, 20 - Luis Verstraete, 84

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Genk, "Luminus Arena"

İlk oyun - 5:2

Son xəbərlər

Orphus sistemi