Futbol üzrə ABŞ millisinə yeni baş məşqçi təyin olunub

Futbol üzrə ABŞ millisinə yeni baş məşqçi təyin olunub Bakı. 2 dekabr. REPORT.AZ/ Amerikanın Columbus Crew klubunun baş məşqçisi Qreqq Berhalter ABŞ milli komandasına rəhbərlik edəcək.
Futbol
3 Dekabr , 2018 06:42
Futbol üzrə ABŞ millisinə yeni baş məşqçi təyin olunub

Bakı. 2 dekabr. REPORT.AZ/ Amerikanın "Columbus Crew" klubunun baş məşqçisi Qreqq Berhalter ABŞ milli komandasına rəhbərlik edəcək.

"Report" "New Your Times" nəşrinə istinadən xəbər verir ki, yeni baş məşqçinin dekabrın 4-də Nyu-Yorkda ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Bildirilir ki, 45 yaşlı mütəxəssis 2019-cu ilin yanvarında öz işinə başlayacaq. Həmin vaxt milli komandanın onun rəhbərliyi altında ilk qış təlim-məşq toplanışı keçiriləcək.

Berhalterin ABŞ Futbol Federasiyası ilə müqaviləsi 4 il müddətinə nəzərdə tutulub. Mütəxəssisin əsas vəzifəsi ABŞ millisini 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə çıxartmaqdır.

Son xəbərlər

Orphus sistemi