Futbol komandasını aparan təyyarəni şimşək vurub

Futbol komandasını aparan təyyarəni şimşək vurub Komandada vəziyyətin yaxşı olduğu və ciddi problem yaşanmadığı bildirilir
Futbol
10 Yanvar , 2017 20:01
Futbol komandasını aparan təyyarəni şimşək vurub

Bakı. 10 yanvar. REPORT.AZ/ Qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə gedən komandanın olduğu təyyarəni şimşək vurub. 

"Report"un məlumatına görə, hadisə Almaniya 3-cü liqasında çıxış edən "Erfurt" komandasının olduğu təyyarədə baş verib. Nəticədə təyyarə məcburi şəkildə Muğlanın Dalaman kəndinə enib. Şiddətli yağış və fırtına səbəbindən təyyarə havaya qalxa bilməyib.

Komandada vəziyyətin yaxşı olduğu və ciddi problem yaşanmadığı bildirilib.

Son xəbərlər

Orphus sistemi