Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanlı futbol hakimlərinin qış hazırlıq planı müəyyənləşib.
"Report"un məlumatına görə, hakimlər yanvarın 11-də Türkiyənin Antalya bölgəsinə üz tutacaq.
Toplanış ayın 25-dək davam edəcək. Xaqani Məmmədovun rəhbərlik etdiyi qrup Antalyadakı "Miracle" oteldə məskunlaşacaq. Toplanış müddətində hakimlərin müxtəlif oyunların idarə etməsi nəzərdə tutulub.
Hazırlıq prosesinə 30 hakim cəlb olunacaq.