Yuxarı
    Bağlamaq

    Norveç Futbol Federasiyası baş katibi CV ilə axtarır

    Federasiya namizədlərə bir sıra tələblər də qoyub

    Bakı. 7 sentyabr. REPORT.AZ/ Norveç Futbol Federasiyası baş katib axtarışına çıxıb. 

    "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda vakant olan post üçün CV qəbulu elan olunub.

    Federasiya namizədlərə bir sıra tələblər də qoyub. Bunlara operativ və strateji qərarlar vermək, ölkə futbolunun imicini qaldırmaq, qurumun maraqlarını ölkə daxili və xaricində təmin etmək, sponsor və digər vasitələrdən federasiyanın gəlirini artırmaq və s. daxildir.

    Baş katib vəzifəsində işləmək istəyənlər ərizə və anketlərini federasiyaya göndərməlidir. Federasiya rəhbərliyi seçimlərdən sonra qərarını açıqlayacaq.

    Qeyd edək ki, Norveç millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının C qrupundakı rəqiblərindəndir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi