Fransada futbol matçı zamanı videotəkrara baxışdan sonra qol ləğv olunub

Fransada futbol matçı zamanı videotəkrara baxışdan sonra qol ləğv olunub Hadisə aşağı liqa təmsilçiləri “Paris”lə “Orlean” arasında keçirilən görüşdə baş verib
Futbol
24 May , 2017 10:53
Fransada futbol matçı zamanı videotəkrara baxışdan sonra qol ləğv olunub

Bakı. 24 may. REPORT.AZ/ Fransada futbol matçı zamanı videotəkrara baxışdan sonra qol ləğv olunub. “Report”un məlumatına görə, hadisə aşağı liqa təmsilçiləri “Paris”lə “Orlean” arasında keçirilən görüşdə baş verib.

Qarşılaşmanın 32-ci dəqiqəsində qonaqlar oyundankənar vəziyyətdən hesabı açsalar da, yan xətt hakimi qayda pozuntusunu qeydə almayıb. Lakin referi videogörüntülərə baxan köməkçisinin məlumatından sonra qolu ləğv edib. Buna rəğmən, “Orlean” səfər matçında 1:0 hesabı ilə qalib gəlməyə müvəffəq olub.

Qeyd edək ki, “Paris” Fransanın səviyyəcə 3-cü sayılan Milli Liqasında 3-cü yeri tutub və Liqa 2-də 18-ci olan “Orlean”la "pley-off"da qarşılaşmaq hüququ qazanıb.

Son xəbərlər

Orphus sistemi