Fransa yığmasının dünya çempionu olacağı təqdirdə alacağı mükafat müəyyənləşib

Fransa yığmasının dünya çempionu olacağı təqdirdə alacağı mükafat müəyyənləşib DÇ-2018 iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək
Futbol
21 Aprel , 2018 11:48
Fransa yığmasının dünya çempionu olacağı təqdirdə alacağı mükafat müəyyənləşib

Bakı. 21 aprel. REPORT.AZ/ Futbol üzrə Fransa yığma komandasının dünya çempionatında qızıl medal qazanacağı təqdirdə hər bir futbolçusunun alacağı mükafat müəyyənləşib.

"Report"un "L`Equipe"ə istinadən verdiyi məlumata görə, komandanın hər bir üzvü mundialı qalib başa vuracaqları halda 400 min avro əldə edəcək. 

Mənbənin bildirdiyinə əsasən, komandaya 2016-cı ildə Avropa çempionu olmaq üçün 300 min avro vəd olunmuşdu. Fransa yığması finalda Portuqaliyaya məğlub olduğuna görə bu məbləği ala bilməyib.

Qeyd edək ki, DÇ-2018 iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi